Dünya

Kim Çen In Trampla növbəti dəfə görüşməyə hazırdır

13 Aprel 2019 08:38
0 Şərh     Baxış: 594
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının sədri Kim Çen In ABŞ prezidenti Donald Trampla yenidən görüşməyə hazırdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Kim Çen In aprelin 12-si Ali Xalq Məclisinin deputatları qarşısında çıxışı zamanı bildirib.

Kim Çen In qeyd edib ki, Xanoyda keçirilən sammitin uğursuz başa çatmasına baxmayaraq, o D.Trampla yenidən görüşməyə hazırdır.

Xatırladaq ki, 27-28 fevral tarixlərində Xanoyda ABŞ və KXDR sammiti baş tutub. Sammitin yekunları üzrə tərəflər razılığa gələ bilməyiblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.