Dünya

Rio-de-Janeyroda iki yaşayış evi uçub, xəsarət alanlar var

13 Aprel 2019 08:08
0 Şərh     Baxış: 730
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliyanın Rio-de-Janeyro şəhərində iki yaşayış evi uçub.

Milli.Az Trend-ə istinadən bildirir ki, binaların uşması nəticəsində 8 nəfər xəsarət alıb.

Bildirilir ki, xəsarət alan şəxslər xilasedicilər tərəfindən dağıntılar altından çıxarılıb. Onların vəziyyəti barədə məlumat verilmir.

Qeyd edilir ki, xilasetmə əməliyyatına helikopter də cəlb edilib. Təxminən 90 xilasedici binanın uçması nəticəsində itkin düşənlərin axtarışını davam etdirir. İtkin düşənlərin dəqiq sayı bildirilmir.

Şəhər hakimiyyəti bildirib ki, hər iki bina qeyri-qanuni yolla tikilib. Yaxınlıqdakı binaların sakinləri təxliyə edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.