Dünya

Yunanıstanda müəllimlər kütləvi tətilə çıxdılar

12 Aprel 2019 20:53
0 Şərh     Baxış: 581
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yunanıstan Orta Məktəblərin Müəllimlər Birliyi (OLME) ali təhsil sistemində nəzərdə tutulan dəyişikliklərə etiraz olaraq kütləvi tətil keçirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, müəllimlər 1 gün dərslərə fasilə veriblər.

Tətil paytaxt Afina, Səlanik və digər şəhərləri əhatə edib.

Qeyd edək ki, yeni dəyişikliklərə əsasən, dövlət ali təhsil müəssisələrinə qəbul çətinləşəcək.

OLME Yunanıstan Təhsil Nazirliyinin parlamentə təqdim etdiyi qanun layihəsinin geri çəkilməsini istəyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.