Dünya

Pakistanda partlayış nəticəsində ölənlərin sayı 20 nəfərə çatdı

12 Aprel 2019 20:33
0 Şərh     Baxış: 776
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pakistanın qərbində yerləşən Kvetta şəhərində kustar üsulla hazırlanmış partlayıcı qurğunun işə düşməsi nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb, 48 nəfər isə yaralanıb. Həlak olanlar arasında hərbçilər də var.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Dawn" qəzetinin yaydığı məlumata görə, hadisə ərzaq mağazasında baş verib. Partlayıcı qurğu kartof kisəsinə qoyulub.

Kvetta şəhərinin polis nümayəndəsi Əbdül Rəzzak Çiman hücumun islamın şiə təriqətinə mənsub olan xəzərilərə qarşı yönəldiyini bildirib.

Hazırda partlayışın baş verdiyi ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasedicilər fəaliyyət göstərirlər. İnsidentlə bağlı təhqiqat başlayıb. Hələlik ölkədə fəaliyyət göstərən heç bir qruplaşma hücumun məsuliyyətini üzərinə götürməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.