Dünya

AFR-in hökumət təyyarələri parkında son 4 ayda 7 dəfə fövqəladə vəziyyət yaranıb

12 Aprel 2019 22:08
0 Şərh     Baxış: 956
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Konrad Adenauer" A340 hökumət layneri Kölndə eniş edərkən layner şassisinin şini partladığı üçün Almaniyanın maliyyə naziri Olaf Şolts Beynəlxalq Valyuta Fondunun ABŞ-da keçiriləcək illik iclasına daha kiçik ölçülü, Reykyavikdə əlavə yanacaq doldurmağa ehtiyacı olacaq laynerlə getməyə məcbur olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bir həftə əvvəl Nyu-Yorkda eniş zamanı da "Konrad Adenauer" hökumət təyyarəsində analoji fövqəladə vəziyyət baş vermişdi. Həmin təyyarənin göyərtəsində Hayko Maasın başçılığı ilə Almaniya XİN nümayəndə heyəti var idi.

Ümumilikdə, son 4 ayda artıq yeddinci dəfədir ki, hökumət təyyarələri parkındakı texniki səbəblər ucbatından Almaniyanın yüksək rəhbərlərinin rəsmi səfərləri pozulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.