Dünya

"Elefterios Venizelos" aeroportu Avropada ən yaxşı hava limanı seçilib - FOTO

12 Aprel 2019 21:13
0 Şərh     Baxış: 758
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hannoverdə keçirilən mükafatladırma mərasimində Afinanın beynəlxalq "Elefterios Venizelos" aeroportu "Routes Europe 2019" nominasiyasında Avropada ən yaxşı hava limanı seçilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Belçika, Danimarka, Almaniya, Norveç və Rusiya hava limanları ilə mübarizədə məhz Afina aeroportu qalib gəlib. İkinci yeri Brüssel aeroportu tutub. Hakimlərin fikrincə, Yunanıstanda 2018-ci ildə sərnişindaşımanın artması təqdirəlayiqdir. Belə ki, ötən il Afina aeroportunda sərnişin axını 11 faiz artaraq 24 milyon nəfərə çatıb. Eyni zamanda, keçən il Afina hava limanından 62 yeni marşrut açılıb və 4 yeni aviaşirkət qeydiyyata alınıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.