Dünya

Özilin boyunbağısı almanları əsəbiləşdirdi - FOTO

12 Aprel 2019 19:57
0 Şərh     Baxış: 1 303

"Arsenal"ın futbolçusu Məsut Özilin Avropa Liqasının 1/4 final mərhələsində "Napoli" ilə oyuna gələrkən taxdığı boyunbağı müzakirə mövzusu olub. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ulduz futbolçu stadiona daxil olarkən boyunbağıdakı ay-ulduzlu nişan diqqət çəkib.

Ancaq onun bu addımı Almaniyada birmənalı qarşılanmayıb. Almanlar Türkiyə əsilli futbolçunun bununla onlara acıq verdiyini düşünüb. 

Qeyd edək ki ki, Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanla görüşdükdən sonra Almaniyada çox tənqid olunan və bu səbəbdən yığma karyerasını bitirən Məsut Özilin həmin boyunbağını qəsdən nümayiş etdirdiyini iddia edənlər var.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.