Dünya

Qırğızıstan daha 7 ölkə üçün vizanı ləğv etdi - SİYAHI

10 Aprel 2019 11:16
0 Şərh     Baxış: 1 332
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qırğızıstan hökuməti aprelin 9-dan 7 ölkə vətəndaşları üçün vizasız rejimin tətbiq edilməsi barədə qərar qəbul edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, həmin ölkələr Monteneqro, Andorra, Braziliya, San-Marino, Çili, Argentina və Omandır. Həmin ölkələrin vətəndaşları 60 gün vizasız Qırğızıstana getmək imkanı qazanıblar.

Ümumilikdə isə Qırğızıstan hökuməti 52 ölkə vətəndaşları üçün viza rejimini ləğv edib.

Qeyd edək ki, Bolqarıstan, Kipr və Rumıniyanın adları da vizasız ölkələr siyahısına daxil edilsə də, parlamentdə səsvermə zamanı adları siyahıdan çıxarılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.