Dünya

Kanadada reyslər təxirə salındı - SƏBƏB

9 Aprel 2019 09:21
0 Şərh     Baxış: 1 166
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kanadanın Nyu-Bransuik və Yeni Şotlandiya əyalətində güclü qar səbəbindən hava limanlarının işində problemlər yaranıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hava şəraiti səbəbindən bir neçə reys ləğv edilib və gecikib.

Bu barədə həmçinin Qalifaks (Yeni Şotlandiya) və Monktonun beynəlxalq hava limanlarının rəsmi saytlarıda da məlumat var.

Regionların polisi sürücüləri yollarda diqqətli olmağa və ehtiyac olmadığı halda şəxsi avtomobildən istifadə etməməyə çağırıb.

Bildirilir ki, təxminən sutka ərzində əyalətlərə 20 santimetrə qədər qar yağıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.