Dünya

Səudiyyə kralı İraqa 1 milyard dollar bağışladı - SƏBƏB

4 Aprel 2019 09:19
0 Şərh     Baxış: 1 789
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səudiyyə Ərəbistanı kralı Salman ben Abdel Əziz əl Saud İraq hökumətinə 1 milyard dollar bağışlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, belə bir səxavətli hədiyyə barədə Səudiyyə Ərəbistanının ticarət və investisiyalar naziri İraq Prezidenti Bəhram Salehin Ər-Riyada səfəri zamanı bildirib.

Bildirilir ki, bu vəsait Bağdadda idman şəhərciyinin tikintisinə sərf olunacaq.

Hələ ötən ilin martında Səudiyyə Ərəbistanının rəhbərliyi İraqa hədiyyə olaraq 100 min tamaşaçı tutumlu stadion tikərək hədiyyə edəcəyini deyib. Daha sonra isə Səudiyyə Ərəbistanı yalnız stadion deyil, bütov bir idman şəhərciyi tikəcəyini elan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.