Dünya

Rusiya ABŞ-ın İsrailin xeyrinə çıxardığı qərarı pislədi

26 Mart 2019 18:48
0 Şərh     Baxış: 865
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kreml ABŞ prezidenti Donald Trampın Qolan yüksəkliklərinin İsrail ərazisi kimi tanıması ilə bağlı qərarına təəssüflənir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu bəyanatı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov səsləndirib.

O, məsələnin Rusiya və Livan liderləri arasında keçiriləcək görüşdə müzakirə olunacağını təsdiqləyib.

Peskovun sözlərinə görə, Trampın sözügedən bəyannaməni imzalaması Yaxın Şərq regionu üçün mənfi nəticələrə səbəb olacaq.

"Belə bir qərar həm yaxın şərqdə nizamlanma, həm də Suriya münaqişəsinin siyasi həlli yolu ilə bağlı ümumi ab-hava baxımından birmənalı olaraq mənfi nəticələrə gətirib çıxaracaq. Buna heç kim şübhə etmir", - Peskov bildirib.

Peskov Vaşinqtonun bu addımını beynəlxalq hüquq normalarının pozulması kimi qiymətləndirib.

Xatırladaq ki, martın 25-də D.Tramp İsrailin Holan yüksəkliklərində suverenliyin tanınması haqqında fərman imzalayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.