Dünya

Azərbaycanlı gənc dəstəsi ilə Rusiyada supermarket yardı

26 Mart 2019 17:50
3 Şərh     Baxış: 1 571
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sankt-Peterburqun mərkəzində fəaliyyət göstərən "Pyatoroçka" şəbəkəsinə aid mağaza yeniyetmələr tərəfindən qarət olunub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə martın 25-də axşam saatlarında baş verib.

Bir dəstə yeniyetmə Telejnaya küçəsində yerləşən supermarketə daxil olaraq, piştaxtalardakı malları oğurlayıb və hadisə yerindən qaçıb.

Polis əməkdaşları hadisə ilə bağlı yaşları 14-18 arasında olan 10 nəfəri saxlayıb.

Saxlanılanlar arasında 16 və 18 yaşlarında olanların heç yerdə oxuyub, işləmədiyi bəlli olub.
Bundan başqa onlardan ən böyüyünün Azərbaycan vətəndaşı olduğu müəyyən edilib.

Hazırda supermarketə vurulmuş ziyan hesablanır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.