Dünya

Moskvada FTX generalının meyiti tapıldı...

26 Mart 2019 17:15
0 Şərh     Baxış: 1 136
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) ehtiyatda olan general-mayoru Moskvadakı evində ölü tapılıb.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə TASS agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, general Rusiya paytaxtının şərqindəki evində yaşayıb. Orada FTX-nin onun adına olan pensiya kartı tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

General-mayorun evində "Glock" və "Brauninq" markalı tapançalar, travmatik tapança, ov tüfəngi və 150 patron da aşkarlanıb.

Hazırda hüquq-mühafizə orqanları generalın nədən öldüyünü dəqiqləşdirirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.