Dünya

Netanyahu Qəzzaya ordu yeridəcəyi ilə hədələdi

26 Mart 2019 15:46
0 Şərh     Baxış: 883
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrailin baş naziri Binyamin Netanyahu Qəzza zolağına ordu yeridəcəyi ilə hədələyib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki. bu barədə İsrail mənbələri yazıblar.

Onun sözlərinə görə, İsrail ordusunun Xa-Şaron şəhəri yaxınlığında partlamış raketə görə verdiyi cavab "çox güclü olub".

Vaşinqtonu tərk edərkən baş nazir onu da bildirib ki, terrorçular lazım gələrsə, Qəzzanın ərazisinə "daxil olacağımızı və orada bütün zəruri təhlükəsizlik tədbirlərini görəcəyimizi bilməlidirlər".

Netanyahu qeyd edib ki, onun təyyarəsi İsraildə yerə enən kimi o, ordu və təhlükəsizlik xidmətinin nümayəndələri ilə məsləhətləşmələrə başlayacaq.

"Biz qayda-qanun yaratmağa başlayacağıq", - Netanyahu deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.