Dünya

Mey: "Deputatların dəstəyi olmazsa, "Brexit" təhlükə altında qalacaq"

26 Mart 2019 09:24
0 Şərh     Baxış: 895
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əgər Böyük Britaniya deputatları bu həftə Avropa İttifaqı ilə ölkənin bu qurumdan çıxması üzrə razılaşmanı dəstəkləməsələr "Brexit" uzun müddət ləngiyəcək və ya ümumiyyətlə baş tutmayacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Böyük Britaniyanın baş naziri Tereza Mey deputatlara müraciətində deyib.

T.Mey bildirib: "Əgər İcmalar Palatası bu həftə Aİ-dən çıxmaq üzrə razılaşmanı dəstəkləməsə və razılaşmasız çıxmağa hazır olmasa, biz daha uzun möhlət haqqında fikirləşməli olacağıq, bu isə Böyük Britaniyanın Avropa Parlamentinə seçkilər keçirəcəyinə gətirib çıxaracaq və "Brexit"in baş tutacağına zəmanət verə bilməyəcəyik".

Baş nazir Böyük Britaniya üçün doğru qərar mayın 22-nə qədər Avropa İttifaqı ilə razılaşmanı imzalayıb Aİ-ni tərk etmək olduğundan əmin olduğunu bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.