Dünya

Le-Manda meriya binası təxliyə edilib

25 Mart 2019 22:40
0 Şərh     Baxış: 716
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın Le-Man şəhərinin meriyası ticarət bayramının ləğvindən narazı olan ticarətçilərin iştirak etdiyi iğtişaşlar səbəbindən təxliyə edilib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə şəhərin meri Stefan Le Fol öz "Twitter" hesabında yazıb.

L.Fol bildirib: "Bu səhər yarmarka müdafiəçiləri və hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşmalar baş verib. Meriya hər şeyi məhv etmək istəyən etirazçıların aqressiyasının obyektinə çevrildiyinə görə təxliyə edilib".

Daha əvvəl Fransanın Nazirlər Kabinetinin rəsmi nümayəndəsi olan L.Fol höküməti "bütün Le-Man sakinlərinin evi olan" meriyanın təhlükəsizliyini təmin etməyə çağırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.