Dünya

ABŞ-da məscidə od vuruldu

25 Mart 2019 16:53
0 Şərh     Baxış: 1 200
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Kaliforniya ştatında məscidə hücum olub. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə San Dieqo şəhərindəki Eskondido İslam Mərkəzində baş verib. 

Naməlum şəxslər məscidin divarına od vurub. Hadisə yerinə dərhal polis və yanğınsöndürmə briqadaları cəlb edilib. 

Araşdırmaların aparılması səbəbindən məsciddə sübh namazı təxirə salınıb.

Bundan başqa, polis məscid yaxınlığındakı yolda Yeni Zelandiyadakı iki məscidə hücumla əlaqədar yazı aşkar ediblər. 

Xatırladaq ki, Yeni Zelandiyadakı hücumlar zamanı 50 nəfər həyatını itirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.