Dünya

İranda çovğun və daşqın: 68 nəfər ölüb - YENİLƏNİB - VİDEO

25 Mart 2019 18:31
2 Şərh     Baxış: 3 589
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18:31

İranda baş vermiş daşqınlar nəticəsində

Milli.Az bildirir ki, İranın cənub-şərqində yerləşən Şiraz şəhərində sel və daşqınlar nəticəsində 68 nəfər ölüb.

"Fars" agentliyi xəbər verir ki, bunu Şiraz şəhəri Məhkəmə-Tibbi Ekspertizası İdarəsindən bildiriblər.

---------
15:15

10 gün ərzində İranın 13 vilayətində seldən zərər çəkən 113 mindən çox insana yardım edilib.

Milli.Az bildirir ki, Trend İranın Qırmızı Aypara Cəmiyyətinin informasiya portalına istinadən verdiyi məlumata görə, bunu Cəmiyyətin Yardım və Xilasetmə Təşkilatının sədri Murtaza Səlimi deyib.

M.Səliminin sözlərinə görə, sel və daşqınlar nəticəsində xəsarət alan 922 nəfər tibb məntəqələrinə çatdırılıb.

Təşkilatın sədr müavini Şahin Fəthi isə bildirib ki, ötən 1 sutka ərzində İranın 13 vilayəti güclü qar, çovğun və daşqınlarla üzləşib:

"Bir gündə 34 şəhər və kənddə, eləcə də dağlıq ərazilərdə 1530 nəfərə yardım edilib və 200 nəfər müvəqqəti sığınacaqlarda yerləşdirilib".

İranın Lorestan vilayətində isə daşqınlar fəsadlar törətməyə başlayıb.

İranda yağıntıların martın 27-dək davam edəcəyi proqnozlaşdırılır.

Milli.Az

Videoları izləmək üçün şəkillərə klikləyin:

İranda çovğun və daşqın: 113 min nəfərə yardım edilib

İranda çovğun və daşqın: 113 min nəfərə yardım edilib	 - 1

İranda çovğun və daşqın: 113 min nəfərə yardım edilib	- 2

İranda çovğun və daşqın: 113 min nəfərə yardım edilib	- 3 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.