Dünya

Pakistan Hindistanla sərhəddə hava hücumundan yaxın mənzilli müdafiə sistemləri quraşdırıb

25 Mart 2019 21:59
0 Şərh     Baxış: 937
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pakistan Hindistanla sərhəddə yerləşən hərbi bazalarda yaxın mənzilli hava hücumundan müdafiə sistemləri quraşdırıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sistemlərin quraşdırılmasından əsas məqsəd Hindistanın mümkün hava hücumlarının qarşısını almaq və zərərsizləşdirməkdən ibarətdir.

Bildirilir ki, Hindistanla sərhəddə beş LY-80 (HQ-16) zenit-raket kompleksi və IBIS-150 radiolokasiya nəzarət batareyası yerləşdirilib ki, bu da uzun məsafədə hava hədəflərini müəyyən etmək və zərərsizləşdirmək gücünə malikdir.

Bundan başqa, Pakistan hərbçiləri Hindistan tərəfdən potensial hücumları nəzarətdə saxlamaq və zərərsizləşdirmək üçün Kəşmir nəzarət xətti boyunca sərhəddə Çinin "Göy qurşağı" CH-4 və CH-5 pilotsuz uçuş aparatlarını da yerləşdirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.