Dünya

Keşişə 1 milyon dollar verildi

25 Mart 2019 11:06
2 Şərh     Baxış: 1 580
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Dünyanın ən yaxşı müəllimi" seçilən keniyalı keşiş Piter Tabiçiyə 1 milyon dollar təqdim olunub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, sözügedən mərasim Dubayda keçirilib.

Tədbirdə Dubayın vəliəhd şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid Al Məktum iştirak edib.

36 yaşlı Piter Tabiçi Keniyanın kənd orta məktəbində təbii elmlər üzrə fənnlərdən dərs deyir və maaşının böyük hissəsini kasıblara ayırır.

Qeyd edək ki, hindistanlı biznesmen Sanni Varkeyin xeyriyyə fondu "dünyanın ən yaxşı müəllimi" titulunun təqdim edilməsinə 2015-ci ildən başlayıb.

Sözügedən mükafat həm də "Təhsil Nobeli" kimi tanınır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.