Dünya

Ərdoğan: "Bu bütün dünyaya təhdiddir"

25 Mart 2019 08:10
1 Şərh     Baxış: 1 381
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Qolan yüksəklikləri məsələsini BMT Baş Assambleyasına çıxaracaq. Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli televiziyaya müsahibəsində bildirib.

Ərdoğan qeyd edib ki, BMT bu məsələ barədə artıq mövqeyini bildirib. Bundan əlavə Türkiyə Prezidenti Trampla görüşüb ona Netanyahuya seçkilərə Qolan yüksəkliklərini "qızıl sinidə" hədiyyə etməklə böyük səhv edir.

"Bu bütün dünyaya təhdiddir. Türkiyə Qolan yüksəklikləri məsələsini BMT Baş Assambleyasına çıxaracaq.", deyə Ərdoğan bildirib.

Xatırladaq ki, Tramp 21 martda Twitter-də yazmışdı ki, ABŞ-ın Qolan yüksəklikləri üzərində İsrailin suverenliyini tanımaq vaxtı gəlib çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.