Dünya

Postsovet məkanından olan 3 veteran terrorçu öldü - FOTO

24 Mart 2019 16:12
0 Şərh     Baxış: 1 985
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İŞİD-in qeyri-rəsmi mətbuat orqanı postsovet məkanından olan üç cihadçının ölümü barədə xəbər yayıb.

Milli.Az bildirir ki, virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, həlak olanlardan biri İŞİD-in yüksək rütbəli komandiri olub. Öz silahdaşları arasında o, Adam Şişani kimi tanınsa da, əsl adı Adam Qumanaşvilidir. "Directorate 4" kanalının verdiyi informasiyaya əsasən, o, İŞİD-in Qafqaz batalyonunun tərkibində Suriyada və İraqda bütün iri döyüşlərdə iştirak edib. Çoxsaylı təsdiqedici məlumatlara görə, Qumanişvili cihadçılar arasında Umar əş-Şişani kimi tanınmış, əslində İŞİD-in "müharibə naziri" sayılan Tarxan Bataraşvili ilə yaxın olub.

Ölüm cihad veteranı, ən azı 2015-ci ildən bəri "Əl-Əksa" batalyonunun tərkibində vuruşmuş Əbu Hurayra Şişanini də haqlayıb. Beynəlxalq koalisiyanın endirdiyi aviazərbələr nəticəsində "Əl-Əksa" şəxsi heyətinin təxminən 90 faizini itirib.

Postsovet məkanından çıxan üçüncü həlak olmuş cihadçı haqqında yalnız bu məlumdur ki, onun cihadçı adı Müslüm Şişani olub. Müslüm Suriya ərazisində döyüşüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.