Dünya

Çin Pakistana 2,1 milyard dollar kredit verir

24 Mart 2019 14:00
1 Şərh     Baxış: 692
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çin Pakistan iqtisadiyyatının dirçəldilməsi, ölkənin valyuta ehtiyatlarının gücləndirilməsi və ödəmə balansının sabitliyini qorumaq üçün 2,1 milyard dollar həcmində kredit verir.Bu haqda Pakistan mətbuatı məlumat yayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Pakistanın Maliyyə Nazirliyi isə öz növbəsində elan edib ki, kreditin verilməsi ilə bağlı bütün prosedur öhdəliklər yerinə yetirilib.

Pakistan bundan əvvəl Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin hər birindən təxminən bir milyard dollar həcmində kredit alıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.