Dünya

Nensi Trampla bağlı hesabatın tam mətninin açıqlanmasını tələb edib

24 Mart 2019 12:43
0 Şərh     Baxış: 786
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Nümayəndələr palatasının spikeri Nensi Pelosi Rusiyanın ölkədəki siyasi proseslərə qeyri-qanuni müdaxiləsini araşdıran prokuror Robert Müllerin bununla bağlı hazırladığı hesabatın yekunlarına dair qapalı brifinqin keçirilməsinin əleyhinə olduğunu söyləyib.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, bu barədə Associated Press agentliynin məlumatında göstərilir.

Bilindiyi üzrə, ABŞ-ın baş prokuroru Uilyam Barr martın 23-də təhqiqatın başa çatması barədə Konqresi rəsmi şəkildə məlumatlandırıb.

Nensi Pelosinin sözlərinə görə, Robert Müller tərəfindən toplanan məlumatlar informasiya kimi deyil, tam şəkildə, yəni bütün sənəd olaraq qanunverici palatanın müzakirəsinə təqdim edilməlidir. O, amerika xalqının "həqiqəti öyrənməyə haqqı çatdığını" söyləyib.

Nensi Pelosidən öncə isə ABŞ-ın bir qrup hüquq təşkilatı Ədliyyə nazirliyini hesabatın hər kəs üçün açıq şəkildə dərc olunması tələbi ilə məhkəməyə verib.

"The Hill" saytının məlumatına görə, hüquq təşkilatları yaydıqları bəyanatda nazirliyin sənədi açıqlamamasını  informasiya azadlığı haqqında qanunun kobud şəkildə pozulması kimi dəyərləndiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.