Dünya

Fransada 233 nəfər saxlanıldı

24 Mart 2019 10:51
0 Şərh     Baxış: 263

Fransada "sarı jiletlər" hərəkatının keçirdiyi etiraz aksiyalarında 40,5 min insan iştirak edib.

Milli.Az bildirir ki, Trend-in "TASS"a istinadən verdiyi məllumata görə, bu barədə Fransanın daxili işlər naziri Kristof Kastaner bildirib.

Onun sözlərinə görə, etiraz aksiyaları zamanı ölkə ərazisində 233 nəfər saxlanılıb, 107 etirazçı cərimələnib: "Bütün sanksiyalaşdırılmış aksiyalar normla keçib".

Qeyd edək ki, ötən gün Fransada "sarı jiletlər" hərəkatının sayca 19-cu aksiyası keçirilib. Ölkə ərazisində təhlükəsizliyi təmin etmək üçün 6 minə yaxın hüquq-mühafizə orqanı səfərbər edilib.

Fransada "sarı jiletlər" hərəkatının etiraz aksiyaları ötən il noyabrın 17-si başlayıb. Aksiya iştirakçıları yanacaq və benzinin qiymətinin qalxmasına qarşı çıxış edirlər.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.