Dünya

ABŞ-dan İrana ağır zərbə: 31 şəxs və quruma sanksiya - ADLAR

23 Mart 2019 18:15
0 Şərh     Baxış: 1 003
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Maliyyə Nazirliyi İranın Müdafiə Nazirliyinin raket və nüvə proqramı ilə əməkdaşlıq edən 14 İran vətəndaşına və 17 quruma sanksiya tətbiq edib.

Milli.Az Teleqraf.com-a istinadən bildirir ki, Birləşmiş Ştatların maliyyə naziri Stiven Mnuçin yaydığı bəyanatda bildirib ki, sanksiyaya məruz qalan şəxslər və qurumlar İran Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən Müdafiə İnnovasiya-Araşdırmalar Təşkilatı (Sepənd) ilə əlaqədə olan və onunla əməkdaşlıq edən İran vətəndaşları və qurumlarıdır:

"Birləşmiş Ştatlar istənilən səviyyədə "Sepənd" təşkilatı ilə əlaqədə olan, İran rejiminin müdafiə proqramına dəstək verən bu şəxslər və qurumlara qarşı kəskin addım ataraq, onlara sanksiya qoyub".

Bəyanatda ABŞ Maliyyə Nazirliyinin barələrində sanksiya qoyduğu 14 İran vətəndaşının adları da açıqlanıb. Bunlar Calal İmami Qara Hacilu, Əsgər Haşimi Təbar, Mehdi Məsumiyan, Məhəmmədrza Mehdipur, Əkbər Mütəllibizadə, Məhəmmədcavas Səfəri, Mənsur Əsgəri, Məhəmməd Mehdi Daimi Əttaran, Ruhullah Qadiri Bərmi, Səid Borci, Rza İbrahimi, Qulamrza İtaəti, Məhəmmədhüseyn Həqiqiyan və Möhsün Şəfayidir.

ABŞ Maliyyə Nazirliyinin sanksiyalar siyahısına saldığı İrana məxsus qurumlar isə bunlardır: "Kimya Pəxş Şərq", "Pərdis" şirkəti, "Elektro Saman Niru", "Sədra" Araşdırmalar Mərkəzi, "Avini" qrupu, "Babayi" qrupu, "Çəmran" qrupu, "Fəxxar Müqəddəm" qrupu, "Kərimi" qrupu, "Kazimi" qrupu, "Müvəhhid Daniş" qrupu, "Şokri" Elm və Texnologiya üzrə Tədqiqat Mərkəzi, "Zeynəddin" qrupu, "Əbu Reyhan" qrupu, "Buəli" qrupu, "Heydər-i kərrar" qrupu, "Şeyx Bəhai" Elmi-Araşdırmalar Mərkəzi.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.