Dünya

Alman polisi terakt hazırlamaqda şübhəli bilinən 11 nəfəri saxladı

23 Mart 2019 16:12
0 Şərh     Baxış: 620
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyada terror aktı hazırlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıb.

Milli.Az Virtualaz.org-a istinadən bildirir ki, hüquq-mühafizə orqanları Almaniyanın Hessen və Reynland-Pfalts federal torpaqlarında reydlər təşkil edib. Nəticədə 11 nəfər saxlanılıb.

Saxlanılan şübhəli şəxslərdən üçünün avtomobil və odlu silahla terror aktı hazırladıqları bildirilib.

Digər saxlanılan şəxslər isə maliyyə dəstəyi göstəriblər.

Trend bildirir ki, axtarışlar nəticəsində 20 min avro nağd pul, odlu silah və narkotik də tapılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.