Dünya

Ərdoğan Trampa meydan oxuyur - “Deyli Ekspress”

23 Mart 2019 15:06
0 Şərh     Baxış: 1 947
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin "Deyli Ekspress" qəzetində dərc edilən məqalədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ Prezidenti Donald Tramp hakimiyyətinə açıq şəkildə meydan oxuduğu və S-400 müdafiə sistemini almaq niyyətində olduğu bildirilib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, məqalədə rus müdafiə sistemlərinin alınmasının Türkiyə üçün sanksiya və s. ciddi problemlərlə nəticələnəcəyi ilə bağlı xəbərdarlıqların Ərdoğanı dayandıra bilmədiyi qeyd edilib.

Məqalədə Vaşinqtonun Ankaranı F-35-lə təhdid etdiyi, Ağ Ev administrasiyasının təzyiqləri artırmasına baxmayaraq, Ankaranın indidən rus müdafiə sistemini saxlamaq üçün hərbi baza seçdiyi xüsusi vurğulanıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Türkiyə ilə "Patriot" raket sistemlərinin tədarükü barədə danışıqları davam etdirmək üçün Ankaranın S-400 raket əleyhinə müdafiə sistemindən imtina etməsinin şərt olduğunu açıqlamışdı.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.