Dünya

Türk lirəsinin məzənnəsi aşağı düşüb

23 Mart 2019 10:49
0 Şərh     Baxış: 1 121
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə lirəsinin məzənnəsi aşağı düşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-ın Qolan yüksəkliklərinin İsrailə aid olması barədə qərarını tənqid etdikdən sonra baş verib.

Lirənin dollara nisbətdə məzənnəsi 4% aşağı düşüb və məzənnə bir dollara görə 5,7 lirə təşkil edib. İstanbul BİST birjasının indeksinə görə, fond bazarı 3,5% itirib.

Türkiyənin Mərkəzi Bankı hərracları müvəqqəti olaraq dayandırıb.

Xatırladaq ki, R.T.Ərdoğan İsrailin Qolan yüksəkliklərinin işğalının qanuniləşdirilməsinə Türkiyənin heç vaxt imkan verməyəcəyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.