Dünya

Fransada etirazçılara qarşı sərt qərar - polislərə aksiyaçılara güllə atmağa icazə verilib

22 Mart 2019 22:14
0 Şərh     Baxış: 749
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransız hökuməti polis və əsgərlərinə aksiyaçılara qarşı "vur" əmri verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bir neçə müddətdir hər həftənin şənbə günü "sarı jiletlilər" hökumətə etiraz məqsədilə küçələrdə aksiya keçirirlər.

Fransız hökuməti aylardır davam edən etirazlarda ilk dəfə olaraq polislərə aksiyaçılara güllə atmağa icazə verib.

General Bruno Leray verdiyi açıqlamada qeyd edib ki, təhlükəsizlik qüvvələrinin öz həyatı və qoruduğu insanların həyatları təhlükəyə girərsə atəş aça bilərlər.

Qeyd edək ki, aksiyanın növbəti mərhələsi sabah baş tutacaq. Polis təşkilatı artıq Parisin bəzi bölgələrində aksiya keçirilməsinə icazə verilməycəyini açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.