Dünya

Nikol sponsorlarını razı salmağa çalışır - Vanetsyana təklif

22 Mart 2019 20:49
0 Şərh     Baxış: 1 129
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyanın yanacaq biznesində payı var.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "İrates" qəzeti məlumat yayıb.

Məlumata görə, artıq Nikol Paşinyan bu biznesdə yeni oyunçuların peyda olması üçün Vanetsyandan bu payından imtina etməsini istəyib. Qəzet Vanetsyanın bu təkliflə razılaşıb-razılaşmadığını bilmədiyini bidlirib.

Paşinyanın bunu inqilabdan sonra vəzifə vermədiyi tərəfdarlarını mükafatlandırmaq üçün etdiyi deyilir.

Qeyd edək ki, bundan öncə "Qraparak" qəzeti də analoji bəyanatla çıxış etmişdi. Qəzet Vanetsyanın bu biznesdən çıxdığını söyləmişdi. Vanetsyan isə ittihamları rədd etmişdi.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.