Dünya

Əl-Bağdadi zahiri görünüşünü dəyişdi və Suriyadan qaçmağa cəhd edir

22 Mart 2019 23:50
3 Şərh     Baxış: 2 120
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İŞİD terror təşkilatının başçısı Əbu Bəkr Əl-Bağdadi zahiri görünüşünü dəyişib və bir neçə dəfə Suriyadan və İraqdan qaçmağa uğursuz cəhdlər edib. 

Milli.Az Virtualaz.org-a istinadən xəbər verir ki, bunu adının çəkilməsini istəməyən mənbə bildirib.

Həmin mənbəyə əsasən, Əl-Bağdadi saqqalını qısaldıb və onu kürən edib, həmçinin İŞİD terrorçularına xas olmayan əfqan geyimində gəzir. Bundan əlavə, az hərəkətli həyat tərzi üzündən son iki il ərzində Əl-Bağdadi piylənmədən əziyyət çəkir.

Mənbə iddia edir ki, Əl-Bağdadi İŞİD-in son qalası sayılan Baquzda deyil, Suriyanın başqa hissəsində yaşayır. Lakin imicinin dəyişdirilməsi ona ölkədən çıxmağa kömək etməyib.

Mənbənin bildirdiyinə əsasən, Əl-Bağdadi "əksər hallarda adi mülki avtomobillərdə və ya taksidə hərəkət edir".

Son illər ərzində dəfələrlə Əl-Bağdadinin öldürülməsi haqqında məlumatlar yayılıb, lakin bu məlumatlar sonradan təsdiqini tapmayıb. 2018-ci ilin avqustunda "Al-Sumaria" telekanalı İraq kəşfiyyatına istinadən xəbər yaymışdı ki, Əl-Bağdadi ağır yaralanmadan sonra yataq xəstəsinə çevrilib və faktiki olaraq qruplaşmaya rəhbərlik etmir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.