Dünya

Avropa İranı kürəyindən bıçaqladı - Xamenei

22 Mart 2019 16:57
0 Şərh     Baxış: 1 361
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın təktərəfli olaraq nüvə razılaşmasından çəkilməsindən sonra Avropa ölkələri də faktiki olaraq razılaşmadan çıxıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu İranın Ali dini lideri Ayətullah Xamenei deyib. O, İNSTEX-i acı zarafat adlandırıb:

"Qurduqları kommersiya sistemi daha çox zarafata oxşayır. Acı bir zarafat..."

Xamenei ölkəsindəki problemlərin bir qisminin Qərbə inamdan qaynaqlandığını bildirib:

"Avropalılar İranı keçmişdə olduğu kimi kürəyindən bıçaqlayıb. Düşmən (ABŞ) bizə qarşı iqtisadi müharibəyə başlayıb. Bu savaşda düşməni məğlub etmək yetərli deyil, onları qərarından daşındırmalıyıq".

Qeyd edək ki, bundan öncə Britaniya, Fransa və Almaniya İranla ticarətdə ABŞ sanksiyalarından yayınmaq üçün İNSTEX sistemi yaradıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.