Dünya

İran XİN: Trampın düşünülməmiş qərarları Yaxın Şərqdə növbəti böhrana yol açacaq

22 Mart 2019 16:14
0 Şərh     Baxış: 745
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın Xarici İşlər Nazirliyi (XİN) ABŞ Prezidenti Donald Trampın Qolan yüksəklikləri ilə bağlı bəyanatını pisləyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, XİN-in rəsmi nümayəndəsi Bəhram Qasımi bildirib ki, ABŞ-ın Qolan yüksəklikləri üzərində İsrailin suverenliyini tanıması qanunsuz və qəbuledilməzdir və həmin ərazinin Suriyaya məxsus olması faktını dəyişə bilməz:

"Qolan yüksəklikləri BMT Təhlükəsizlik Şurasının qətnaməsinə əsasən də Suriyanın bir hissəsidir. Trampın düşünülməmiş qərarları Yaxın Şərqdə növbəti böhrana yol açacaq".

Qeyd edək ki, D.Tramp "Twitter" səhifəsində Birləşmiş Ştatların Qolan yüksəklikləri üzərində İsrailin tam suverenliyini tanımasının vaxtı gəlib çatdığını yazıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.