Dünya

Sabiq prezident saxlanıldı

21 Mart 2019 23:59
0 Şərh     Baxış: 997
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliyanın sabiq prezidenti Mişel Temer polis tərəfindən saxlanılıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Braziliya mətbuatı Temerin korrupsiya ilə bağlı aparılan istintaq çərçivəsində San Paulodakı evində saxlanıldığını və Rio-de-Janeyro polis idarəsinə aparıldığını yazıb.

Bundan əlavə, xəbərdə Braziliyanın sabiq energetika naziri Moreira Franko və sabiq Mülki Aviasiya naziri Eliseu Padilhanın saxlanılması barədə qərar qəbul edildiyi bildirilib.

Qeyd edək ki, Braziliyanın sabiq prezidentinin adı çoxsaylı korrupsiya ittihamlarında hallanırdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.