Dünya

Yeni Zelandiyada silahlar qadağan edilir

21 Mart 2019 21:47
0 Şərh     Baxış: 903
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni Zellandiyanın baş naziri Casinda Ardern hökümətin yarı-avtomatik və avtomatik hücum silahlarını dərhal qadağan edəcəyi qanun dəyişikliyinin qəbul olunduğunu bildirib. Martın 15-i Kraystçörç şəhərindəki hücumlar zaman bu kimi silahlardan istifadən olunub. Qadağan olunmuş silahların siyahısı xüsusi saytda dərc olunacaq.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, bu cür silahların sahibləri xüsusi anketləri dolduraraq, onları təhvil vermək üçün polislə əlaqə yaratmalıdır. Ardern vətəndaşlardan xəbərdarlıq etmədən silahlarla polis bölmələrinə gəlməməyi xahiş edib.

O, silah sahiblərinə "yaxşı kompensasiya" vəd edib. Ardernin hesablamalarına görə, bu ölkəyə100-200 milyon dollara başa gələcək.

Yığılan silahlar məhv ediləcək.

Ardern silahların Yeni Zelandiyalıların, xüsusilə də fermada yaşayan vətəndaşların həyatında nə qədər əhəmiyyətli olduğunu başa düşdüyünü söyləyib. Lakin o qeyd edib ki, Yeni Zelandiyada silah saxlamaq imtiyazdır, haqq deyil.

Martın 15-i cümə namazı zamanı Yeni Zelandiyadakı Kraystçörç şəhərinin iki məscidində insanlara atəş açılıb. Hücum zamanı 49 nəfər ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.