Dünya

Hollandiya hücumunda şübhəli məhkəmə qarşısına çıxarılır

21 Mart 2019 21:41
0 Şərh     Baxış: 684
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hollandiya prokurorları cümə axşamı Utrext şəhərində tramvayda bir neçə insanın ölümü ilə nəticələnən silahlı hücumda şübhəli bilinən şəxsə qarşı terror ittihamı irəli sürüləcəyini bəyan edib.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, prokurorlar üç nəfəri qətlə yetirən və digər üçünü yaralayan Türkiyədə anadan olmuş Gökmən Tanisin təkbaşına hərəkət etdiyini guman edir.

Polis və prokurorların bəyanatında 37 yaşlı şübhəlinin hücumu terror və ya məişət motivlərindən həyata keçirib-keçirmədiyi ilə bağlı təhqiqatın davam etdiyi bildirilir.

Gökmen Tanış bazar ertəsi 8 saatdan şəhər demək olar ki, tamamilə mühasirəyə alındıqdan sonra həbs edilib. Bundan sonra polis dördüncü şübhəlini nəzarət altına alib və hücumda rolu olduğunu araşdırıb.

GökmənTaniş məhkəməyə cümə günü çıxarılacaq. Məhkəmənin bağlı qapılar arxasında keçiriləcəyi və onun psixoloji durumunun da araşdırılacağı deyilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.