Dünya

Qazaxıstan lideri ilk səfərini bu ölkəyə edəcək

21 Mart 2019 15:51
0 Şərh     Baxış: 3 057
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxıstanın yeni prezidenti Kasım-Jomart Tokayev Rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığında ən yaxın zamanda Rusiyaya rəsmi səfər etməyə söz verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu haqda martın 21-də Kremlin rəsmi internet səhifəsində  informasiya yayılıb.

"Rusiya- Qazaxıstan arasında tərəfdaşlıq əlaqələrinin dərinləşdirilməsi istiqamətində sıx əməkdaşlıq və Kasım-Jomart Tokayevin ən yaxın zamanda Rusiya Federasiyasına səfərinin təşkili ilə bağlı razılıq əldə olunub.", -deyə məlumatda qeyd olunur.

Xatırladaq ki, martın 19-da, 1990-cı ildən bəri Qazaxıstanın başında olmuş Nursultan Nazarbayev istefa verdiyini elan edib. O prezidentlik müddəti bitənə qədər, səlahiyyətlərinin icrasını parlamentin yuxarı palatasının sədri Kasım-Jomart Tokayevə həvalə etdiyini vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.