Dünya

Astananın adının dəyişdirilməsi haqqında qanun layihəsi qəbul edilib

20 Mart 2019 14:39
8 Şərh     Baxış: 3 064
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxıstan parlamenti birinci oxunuşda paytaxt Astananın adının dəyişdirilməsi haqqında qanun layihəsini qəbul edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Qazaxıstan paytaxtı ölkənin birinci prezidenti Nursultan Nazarbayevin adını daşıyacaq.

Qeyd edək ki, bu gün Qazaxıstan parlamenti palatalarının birgə iclası zamanı prezident Kasım-Jomart Tokayev ölkənin paytaxtına birinci prezident Nursultan Nazarbayevin adını vermyi təklif edib.

Xatırladaq ki, dünən Nursultan Nazarbayev xalqa müraciətdə Qazaxıstan Prezidenti vəzifəsindən getdiyini açıqlayıb.

Ölkədə prezident seçkilərinin 2020-ci ildə keçirilməsi planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.