Dünya

Dörd ölkədən Türkiyəyə qarşı həmlə

20 Mart 2019 10:57
2 Şərh     Baxış: 2 591
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aralıq dənizində neft-qaz axtarışları Yunanıstan, yunan Kipri və İsrail liderlərini bir-birilərinə yaxınlaşdırıb.

Milli.Az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, sabah Qüdsdə İsrailin baş naziri Benyamin Netanyahu, Yunanıstanın baş naziri Aleksis Çipras və Kiprin yunan kəsiminin lideri Nikos Anastasiadis arasında toplantı keçiriləcək. Toplantıya ABŞ-ın dövlət katibi Mayk Pompeo da qatılacaq.

Toplantıda üç ölkə ABŞ ilə birlikdə birgə bəyanat yayacaq. Verəcəkləri bəyanat ilə enerji və təhlükəsizlik sahəsində strateji iş birliyinin təməlləri atılacaq.

Vaşinqtonun bu üç ölkə arasında yaranan münasibətlərə siyasi cəhətdən dəstək verəcəyi gözlənilir. Hətta bu dəstəyin yalnız siyasi olaraq qalmayacağı şərhləri də güman olunur.

Bu məsələni yunan mediası geniş işıqlandırıb. Yunan mediasında deyilir ki, sözügedən bəyanatda üçlü tandemin üçüncü ölkələrə qarşı bir-birilərinin müdafiəsini də dəstəkləyəcəyi şəklində bir ifadənin yer alması gözlənilir. Yunan mediası bunu Ankaraya dolayı yolla bir mesaj olacağını bildirir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.