Dünya

500 ailə evsiz qalıb - İranda təbi fəlakət

19 Mart 2019 13:06
0 Şərh     Baxış: 1 329
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın şimalında yerləşən Mazandaran vilayətinin Simurq rayonunda 500 ailə evini tərk edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Mazandaran vilayəti valisinin müavini Mehdi Razcuyan deyib.

M.Razcuyanın sözlərinə görə, vilayətdə Talar çayının daşması Simurq rayonunun Kiyakola şəhəri və 6 kənddə ailələrin evlərini tərk etməsi ilə nəticələnib.

Vali müavini əlavə edib ki, ailələr müvəqqəti sığınacaqlarda yerləşdiriliblər.

M.Razcuyan Talar çayının daşması nəticəsində Kiakola şəhəri və 9 kənddə yolların su altında qaldığını deyib.

Qeyd edək ki, Talar çayı İranın Mazandaran vilayətinin mərkəzi rayonlarından olan Simurq rayonundan keçir.

İranın Mazandaran vilayətində çayların daşması 8 rayona - Sari, Miandurud, Səvadkuh, Simurq, Babol, Behşəhr, Gəlugah və Neka rayonlarına ciddi ziyanlar vurub.

İranın 22 vilayəti qar çovğunu və daşqınlarla üzləşib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.