Dünya

“Lotu Quli”nin adamları belə saxlanıldılar - VİDEO

19 Mart 2019 12:25
0 Şərh     Baxış: 2 976
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna hüquq-mühafizə orqanları Odessa şəhərində qəsbkarlıqla məşğul olan cinayətkar dəstəni zərərsizləşdirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, dəstəyə "Lotu Quli"nin adamlarından biri, Azərbaycandan olan "Kondur" ləqəbli kriminal avtoritetin rəhbərlik etdiyi məlum olub.

Məlumata görə, dəstə üzvləri cari ilin fevralında Odessanın Suvorov rayonunda adı açıqlanmayan kişinin 110 min qrivenini (4 min dollardan çox) və "Nissan" markalı iki avtomobilini əlindən alıblar. Bundan sonra onlar qurbanından yenə pul tələb ediblər. Lakin həmin şəxs polisə müraciət edib.

Dəstə üzvləri onunla yenidən görüşüb 5 min dolları və "Hyundai" markalı avtomobili almaq istəyəndə polis tərəfindən saxlanılıblar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.