Dünya

ABŞ-ın strateji hərbi bazası su altında qaldı - FOTO

19 Mart 2019 10:32
0 Şərh     Baxış: 1 218
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Nebraska ştatında yerləşən "Offat" hərbi bazası daşqın sularına qərq olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu haqda ABŞ Hərbi-Hava Qüvvələrinin 55-ci aviaqanadının komandanı polkovnik Maykl Mannion Facebook səhifəsində məlumat verib.

Suyun səviyyəsi martın 15-də yüksəlməyə başlayıb. Üç gün ərzində bazanın üçdə bir hissəsi, o cümlədən 30 bina və bir kilometrə yaxın uçuş-eniş zolağı su altında qalıb.

"Offat" hərbi bazasında ABŞ silahlı qüvvələrinin Strateji komandanlığının baş qərargahı yerləşir.

Aviabaza həmçinin "məhşər günü təyyarəsi" adlandırılan  "Boeing E-4B Nightwatch" təyyarəsinin yerləşməsi ilə əlamətdardır.

Bu tip təyyarələr potensial nüvə müharibələri zamanı yerdəki idarəetmə strukturları iflic vəziyyətə düşən hallarda prezident, müdafiə naziri və digər yüksək rəsmilər üçün nəzərdə tutulub.

ABŞ Hərbi Hava Qüvvələrində belə təyyarələrin sayı dörddür.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.