Dünya

Əlcəzair "Boeing 737 Max"ların ölkənin hava məkanında uçuşunu qadağan etdi

19 Mart 2019 08:20
0 Şərh     Baxış: 653
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əlcəzair ümumiyyətlə hava məkanında "Boeing 737 Max" təyyarələrinin uçuşunu qadağan edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Mülki Aviasiya İdarəsindən bildirilib.

Xatırladaq ki, martın 10-da "Ethiopian Airlines" şirkətinə məxsus "Boeing 737" hava gəmisi qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 157 nəfər, o cümlədən 8 ekipaj üzvü həlak olub. Bu faciədən sonra Efiopiya "Boeing 737" təyyarələrinin istismarını dayandırıb.

2018-ci ilin oktyabrında isə İndoneziyanın "Lion Air" aviaşirkətinə məxsus Boeing 737 MAX 8 təyyarəsinin qəzaya uğraması nəticəsində 189 ölmüşdü. Qəzaya düşən təyyarədə bir neçə texniki nasazlıq aşkarlanmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.