Dünya

Vyana aeroportu genişlənir

19 Mart 2019 08:18
0 Şərh     Baxış: 564
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstriyanın ən böyük aeroportu olan və paytaxt Vyananın yaxınlığında yerləşən Şvexat Beynəlxalq Hava Limanında üçüncü uçuş-enmə zolağının salınması ilə bağlı hüquqi çəkişmədə mühüm qərar verilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Avstriya Ali İnzibati Məhkəməsi üçüncü zolağın salınmasının ətraf mühitə mənfi təsir göstərməyəcəyinə dair ekspert rəylərini müsbət qiymətləndirib və zolağın tikintisinə müvafiq razılıq verib. Artıq uzun müddətdən bəri hava limanına yaxın ərazilərdə yaşayan sakinləri öz ətrafında birləşdirən vətəndaş təşəbbüs qrupları və təbiəti mühafizə təşkilatları üçüncü zolağın tikilməsinə qarşı müxtəlif instansiya məhkəmələrində mübarizə aparırdılar. Lakin Ali İnzibati Məhkəmə yeni zolağın inşası ilə ətraf mühit və yaxınlıqda yaşayan sakinlər üçün heç bir mənfi nəticələrin yaranmayacağı qənaətinə gəlib.

Şvexat Beynəlxalq Hava Limanının rəhbərliyi ali instansiyada qəbul edilmiş qərarı böyük məmnuniyyətlə qarşılayıb. Bildirilib ki, 2018-ci ildə 27 milyon sərnişinə xidmət göstərilən hava limanında bu il 30 milyon sərnişin gözlənilir. Bu isə öz növbəsində hava limanının genişləndirilməsini tələb edir.

Avstriyanın nəqliyyat naziri Norbert Hofer isə qeyd edib ki, hava limanının genişləndirilməsi burada bilavasitə 10 min yeni iş yerinin, regionda isə 20 min əlavə iş yerinin açılmasına səbəb olacaq.

Ətraf mühitin mühafizəsi təşkilatı "WWF" isə Avstriyanı ekologiya üçün zərərli infrastruktura yatırımlarına görə tənqid edib, hava limanında daha çox təyyarə qəbulunun daha çox yanacaq sərfiyyatı və ətraf mühiti çirkləndirmə ilə nəticələnəcəyinə dair xəbərdarlıq edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.