Dünya

İstanbul heç vaxt Konstantinopol olmayacaq - Ərdoğan

18 Mart 2019 19:19
0 Şərh     Baxış: 1 460
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İstanbul heç vaxt Konstantinopol olmayacaq və türklər heç vaxt bu şəhəri tərk etməyəcəklər".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni Zelandiyada məscidlərə müsəlmanlara qarşı terror aktını və hadisəni törədənlərdən birinin manifestini şərh edərkən deyib.

Dövlət başçısı bildirib ki, göründüyü kimi, bir sıra dairələrdə hələ də İslama və müsəlmanlara qarşı nifrət, ədavət var.

Qeyd edək ki, bundan əvvəl R.T.Ərdoğan Yeni Zelandiyada müsəlmanlara hücum edən terrorçunun iki dəfə Türkiyəyə gəldiyini və hazırda onun səfərinin məqsədinin, kimlərlə görüş keçirməsinin dəqiqləşdirildiyini bəyan edib.

Xatırladaq ki, martın 15-də Yeni Zelandiyanın Kraystçerç şəhərində iki məsciddə insanlar atəşə tutulub. Hadisə nəticəsində 50 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.