Dünya

Roma Papası Yeni Zelandiyada məscidlərə hücumdan danışdı

17 Mart 2019 18:12
0 Şərh     Baxış: 1 288
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Roma Papası Fransisk Yeni Zelandiyada məscidlərdə baş vermiş terror aktları üzündən kədərləndiyini bəyan edib və inanclı insanları zorakılığa qarşı mübarizəyə səsləyib.  

Milli.Az Oxu.az-a istinadən bildirir ki, Roma Papası Vatikanda ənənəvi moizə zamanı hadisə nəticəsində ölən və yaralananlara, eləcə də onların yaxınlarına görə dua etdiyini bildirib.

O, "müsəlman qardaşlara" yaxın olduğunu deyib və bütün inanclı insanları dualarında birşləşməyə çağırıb.

Qeyd edək ki, Yeni Zelandiyada məscidlərə silahlı hücum nəticəsində 50 nəfər ölüb, 50 nəfər yaralanıb. Hadisəni törədən 28 yaşlı Brenton Tarrant həbs olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.