Dünya

Çavuşoğlu 51 müsəlmanın öldürüldüyü şəhərdə - FOTO

17 Mart 2019 16:54
1 Şərh     Baxış: 1 034
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Prezidentin köməkçisi Fuad Oqtay Yeni Zelandiyanın Kraystçerç şəhərinə səfər edib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, türk nümayəndə heyətinin təyyarəsi yerli vaxtla 18:00-da hava limanına eniş edib.

Türk rəsmiləri hava limanında Türkiyə səfiri Əhməd Ərgin qarşılayıb. Çavuşoğlu və Oqtay burada Yeni Zelandiyanın Xarici İşlər naziri Uinston Peterslə görüşüblər.

Qeyd edək ki, Yeni Zelandiyanın Kraystçerç şəhərində silahlı şəxs məscidə hücum edib. Hücum nəticəsində son məlumata görə ölənlərin sayı 51 nəfərə çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.