Dünya

Berluskoninin eyş-işrət məclislərini ifşa edən qadın radioaktiv zəhərlənmədən ölüb

17 Mart 2019 17:42
0 Şərh     Baxış: 415

İtaliyanın Milan şəhərinin hüquq-mühafizə orqanları keçmiş baş nazir Silvio Berluskoninin villasındakı eyş-işrət məclisləri barədə şahidlik edən 34 yaşlı mərakeşli İman Fadilinin qəsdən öldürülməsi üzrə cinayəti araşdırırlar.

Milli.Az Musavat.com-a istinadən bildirir ki, qadın güclü qarın ağrıları ilə bu il yanvarın 29-da xəstəxanaya aparılıb və burada dəhşətli əzabla martın 1-də keçinib.

"La Stampa" qəzetinin yazdığına görə, qadının şübhəli ölümü ilə bağlı aparılan ekspertizanın nəticələri martın 6-da məlum olub. Qəzet tibbi ekspertizanın hesabatına istinad edərək, İman Fadilinin radioaktiv qarışıqlı maddənin təsirindən öldüyünün aşkarlandığını bildirir. Zəhərlənmə bütün daxili orqanların iflasına gətirib çıxarıb.

"La Reppublica" qəzeti isə Fadilinin bədənində kobalt radioaktiv izotopunun tapıldığını xəbər verib.

Bununla bağlı gedən yazıda zəhərin yalnız rus ekspertlərinin bildiyi tərzdə hazırlanan və tərkibində nadir tapılan qarışığın müəyyən olunduğu bildirilir. Lakin hələ ki, məsələdə Rusiyanın adını birbaşa çəkən yoxdur.

İtaliya mətbuatı isə indidən İman Fadilinin ölümünün Rusiya FTX-nin keçmiş zabiti, Londonda eyni üsulla öldürülən Aleksandr Litvinenko ilə müqayisəli təhlilini aparır.

"Ansa" agentliyi Fadilinin zəhərlənməzdən bir neçə gün qabaq yaxınlarına həyatı üçün təhlükə yarandığı barədə məlumat verdiyini bildirib.

İman Fadili Berluskoninin villasında baş verən hadisələrin əsas fiqurantı olaraq, Mərakeş rəqqası Kərim Əl-Məxruqun ləqəbinə görə adı qoyulan "Rubi işi" üzrə şahid kimi adı keçən birisidir.

"La Stampa" öldürülən qadının Berluskonunun Arkoradakı villasında 8 dəfə olduğunu, burada orgiyalar təşkil edildiyini, Berluskoninin və yaxınlarının həmin gecələrdə azyaşlı uşaqlarlın intim xidmətindən istifadə etdiyini yazıb. Yazıda adı keçən "Rubi"nin də həmin vaxt cəmi 17 yaşı varmış.

Fadilin söylədiyinə görə, burada qadın rahibələrin formasını geyinmiş rəqqaslar keçmiş baş nazirin ətrafında rəqs edirmişlər, Berluskoni isə onların hər birinə 2000 avro pul verirmiş.

Qeyd olunur ki, 2013-cü ildə Silvio Beluslkonu səlahiyyətlərindən sui-istifadə və həddi-büluğa çatmamış qızla intim əlaqəsinə görə 7 il həbs cəzası alıb. Lakin məhkəmə ona sonradan bəraət verib.

Daha sonra isə prokurorluq baş nazirin adamları tərəfindən şahidlərin pulla ələ alınması məsələsinə görə işin yenidən bərpasına nail ola bilib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.