Dünya

Qatilin 37 səhifəlik manifesti ilə bağlı şok məqam

17 Mart 2019 09:44
3 Şərh     Baxış: 2 305
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni Zelandiyadakı iki məsciddə dəhşətli qətliam törədən avstraliyalı terrorçu Brenton Tarrantın 37 səhifəlik manifesti hücumdan 10 dəqiqə əvvəl Yeni Zelandiya Nazirlər Kabinetinə göndərilib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Yeni Zelandiya Nazirlər Kabineti açıqlama yayıb. Manifestin onlara elektron poçt vasitəsilə göndərildiyi bildirilib.

Sözügedən manifest həmçinin yerli partiyalardan birinə, parlament sözçüsü Trevor Mallarda, yerli və xarici media orqanları da daxil olmaqla, 70 ünvana göndərilib.

Nazirlər Kabinetinin sözçüsü isə açıqlamasında manifestin yaşanmış bir hadisə kimi yazıldığını deyib və hücumu dayandırmaq üçün fürsət olmadığını bildirib.

Qeyd edək ki, Yeni Zelandiyada avstraliyalı terrorçu Brenton Tarrantın Kraystçerç şəhərindəki iki məsciddə təşkil etdiyi dəhşətli hücumda 49 müsəlman öldürülüb, 48 nəfər yaralanıb. O, hücumdan öncə 37 səhifəlik manifest yayımlayıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.